DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Putinin Rusiya-ÇXR münasibətləri ilə bağlı mövqeyini yüksək qiymətləndirir - XİN

© Sputnik / Сергей СавостьяновVladimir Putin və Si Cinpin, arxiv şəkli
Vladimir Putin və Si Cinpin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Mao Nin Rusiya prezidentinin Rusiya Federasiyası ilə ÇXR arasındakı münasibətlərə dair bəyanatlarını şərh edib.
BAKI, 15 dekabr — Sputnik. Elvin Səlimov. Çin Rusiya prezidenti Vladimir Putinin Çin-Rusiya münasibətlərinə dair pozitiv mövqeyini yüksək qiymətləndirir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Rusiya prezidenti Vladimir Putin ötən gün ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, Rusiya və Çin arasında münasibətlər dünyada sabitliyin ən mühüm təminatçılarından biridir.
Mao Nin Rusiya prezidentinin Rusiya Federasiyası ilə ÇXR arasındakı münasibətlərə dair bəyanatlarını şərh edərkən bildirib ki, Çin prezident Putinin Çin və Rusiya arasında ikitərəfli münasibətlərlə bağlı pozitiv şərhlərini yüksək qiymətləndirir.
Diplomat vurğulayıb ki, Çin-Rusiya münasibətləri qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalılıq əsasında sağlam və sabit inkişafı davam etdirir. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasındakı əlaqələr iki ölkənin xalqlarına nəzərəçarpacaq faydalar gətirib və eyni zamanda dünyada ümumi inkişaf və tərəqqinin təşviqində müsbət rol oynayıb.
Xəbər lenti
0