DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus XİN rəhbəri vətəndaşlarının təxliyəsinə görə Rusiyaya təşəkkür etdi

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidBelarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik
Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Aleynikin sözlərinə görə, davam edən görünməmiş xarici təzyiq kontekstində Belarus və Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməkdə davam edib.
BAKI, 15 dekabr — Sputnik. İlin sonunadək Belarus və Rusiya iki ölkə arasında ticarətin həcmində yeni tarixi maksimumu gözləyir. Bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik bildirib.
"Əgər ticarət dövriyyəsinin hazırkı tempi saxlanılarsa, 2023-cü ilin sonuna qədər ölkələrimiz arasında ticarətin həcmində yeni tarixi maksimumun olacağını gözləyirik", - o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
Aleynikin sözlərinə görə, davam edən görünməmiş xarici təzyiq kontekstində Belarus və Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməkdə davam edərək, ikitərəfli qarşılıqlı fəaliyyətimizin dinamikasının artırılmasını təmin ediblər.
O qeyd edib ki, həqiqətən müttəfiqlik münasibətləri, real qarşılıqlı yardım sayəsində, o cümlədən qeyri-dost ölkələrin təzyiqlərini neytrallaşdırmaq kontekstində Belarus-Rusiya qarşılıqlı fəaliyyəti təkcə İttifaq dövləti deyil, həm də digər inteqrasiya strukturları - KTMT və Aİİ çərçivəsində əhəmiyyətli dərəcədə intensivləşib.
Aleynik onu da bildirib ki, 2024-2026-cı illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərinin hazırlanması və razılaşdırılması istiqamətində böyük həcmdə iş aparılıb və onların qəbulu və həyata keçirilməsi İttifaq Dövlətinin möhkəmləndirilməsində nəzərəçarpacaq nəticələr verəcək.
Belarus Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Belarus vətəndaşlarının Sudan və Qəzza zolağından təxliyyə edilməsinə görə Rusiya tərəfinə təşəkkür edib.
Xəbər lenti
0