Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bayramın qiyməti: azərbaycanlılar Yeni il süfrəsinə nə qədər pul xərcləyəcəklər

Abunə olmaq
Yeni il ərəfəsində bazarlarda ərzaq məhsulların qiymətində artım müşahidə olunur. Ekspert bayram ərəfəsində ərzaq səbətinin orta qiymətini qiymətləndirib. Bayramın qiymətləri haqqında daha ətraflı məlumat əldə etmə üçün videomuzu izləyə bilərsiniz.
Son bir ildə Azərbaycanda ərzaq məhsulları xeyli bahalaşıb.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a müsahibəsində deyib.

"Artıq satıcılar bir sıra mal və xidmətlərin qiymətini qaldırıblar. Yeni il ərəfəsində ətin də qiyməti qalxacaq. Ümumilikdə 4 nəfərlik bir ailə üçün süfrə orta hesabla 250 manata başa gələcək", - deyə Hüseynov bildirib.

Ekspert qeyd edib ki, bu, bazarın təbii prinsipidir.
"Bayram ərəfəsində tələbat kəskin şəkildə artır, sahibkarlar qiymətlərin artmasından istifadə edərək gəlirlərini artırmağa çalışırlar", - deyə Azad İstehlakçılar Birliyinin sədri qeyd edib.
İstehlak qiymətlərinin dinamikasına hansı amillərin təsir etdiyi və hansı mallarda əhəmiyyətli artım olduğu barədə ətraflı məlumat üçün Sputnik Azərbaycan-ın videosunu izləyə bilərsiniz.
Xəbər lenti
0