SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov: "Azərbaycan-Türkiyə münasibətlərinin dünyada anoloqu yoxdur"

© Photo : MFA AzerbaijanAzərbaycan və Türkiyə XİN başçıları görüş zamanı
Azərbaycan və Türkiyə XİN başçıları görüş zamanı - Sputnik Azərbaycan, 1920, 14.12.2023
Abunə olmaq
Azərbaycan XİN rəhbəri bildirib ki, yaxın aylar ərzində üçtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
BAKI, 14 dekabr — Sputnik. "Azərbaycan-Türkiyə münasibətlərinin dünyada anoloqu yoxdur. Ölkələrimiz arasında çoxsaylı formatlar mövcuddur".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Biz tez-tez görüşür, telefon danışıqları aparırıq. 2023-cü il ölkələrimizin tarixində çox önəmli ildir. Bu il Türkiyə-Azərbaycan münasibətlərində zəngin il olub. Bu gün keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq platformalarda da iştirakımız barədə fikir mübadiləsi apardıq", - nazir vurğulayıb.
Onun sözlərinə görə, yaxın aylar ərzində üçtərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub: "2023-cü ilin ilk 10 ayı ərzində ticarət dövriyyəmiz 7 milyarda yaxınlaşıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 20, Türkiyə isə Azərbaycana 15 milyard ABŞ dolları investisiya yatırıb. Hesab edirik ki, bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik".
C.Bayramov bildirib ki, görüşdə Türkiyə şirkətlərinin azad edilən ərazilərdəki fəaliyyəti də xüsusi müzakirə mövzusu olub: "Minalarla bağlı məsələni də müzakirə etdik".
Xəbər lenti
0