Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu ərazilərdəki modul tipli xəstəxanalar poliklinika kimi fəaliyyət göstərəcək

© Sputnik / Murad OrujovModul tipli xəstəxana
Modul tipli xəstəxana - Sputnik Azərbaycan, 1920, 14.12.2023
Abunə olmaq
Gələn il Cəbrayıl və Qubadlı rayonlarında da modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılır.
BAKI, 14 dekabr — Sputnik. Şuşa, Zəngilan, Laçın, Ağdam və Hadrutda modul tipli xəstəxanalar quraşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. O bildirib ki, gələn il Cəbrayıl və Qubadlı rayonlarında da modul tipli xəstəxanaların quraşdırılması planlaşdırılır.
O, həmçinin qeyd edib ki, həmin yerlərdə mərkəzi xəstəxanalar fəaliyyətə başladıqdan sonra oradakı modul tipli xəstəxanalar poliklinika kimi fəaliyyətlərini davam etdirəcəklər.
Xəbər lenti
0