Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Zabuxda yeni məktəb fəaliyyətə başladı - Foto

© Photo : State Agency for Preschool and General Education Zabuxda məktəbin binası
Zabuxda məktəbin binası - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir.
BAKI, 13 dekabr — Sputnik. Laçın rayonunun Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
© Photo : State Agency for Preschool and General Education Zabuxda məktəbin binası
Zabuxda məktəbin binası - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Zabuxda məktəbin binası
176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının ümumi sahəsi 1245 kvadratmetrdir. Binada 11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti və kitabxana yaradılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0