DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Məhkəmə səhvinə görə 23 il həbsdə yatan amerikalı təzminat tələb edib

© AFP 2023 / DOMINIQUE FAGETHəbsxana, arxiv şəkli
Həbsxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
O və daha iki nəfər 1995-ci ildə metroda jeton satıcısı Harri Kaufmanı diri-diri yandırmaqda haqsız olaraq günahlandırılıblar.
BAKI, 13 dekabr — Sputnik. İstintaq səhvinə görə 23 il həbsxana həyatı yaşayan amerikalı Tomas Malik Nyu-York administrasiyası və iki özəl detektivdən 50 milyon dollar məbləğində təzminat tələb edib. "Associated Press" bu barədə yazıb.
Malik və daha iki nəfər 1995-ci ildə metroda jeton satıcısı Harri Kaufmanı diri-diri yandırmaqda günahlandırılıblar. Bu cinayətdə iştirakda ittiham olunan daha iki nəfər iyirmi ildən çox həbsxana həyatı yaşayıblar.
İfadələri Malik və digər iki zərərçəkmişin həbsinə səbəb olan şəxslər ifadələrini təzyiq altında verdiklərini etiraf ediblər.
Malikin cinayətə dair "etirafına" nail olan çıxaran detektivlər Stiven Çmil və Luis Skarçella son illərdə dəfələrlə saxta ifadələr vermək məqsədilə şahidlərə və müttəhimlərə təzyiq göstərməkdə ittiham olunublar. Skarçellanın işini apardığı ondan çox ittiham hökmü ləğv olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0