Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AYNA gömrük postunda gözləyən yük avtomobillərinin sayını açıqlayıb

© Sputnik / Ilham MustafaTük maşınları, arxiv şəkli
Tük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
Məlumatlandırma, daşıyıcıların səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.
AYNA-dan verilən xəbərə görə, bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Astara" gömrük postunda 123, "Biləsuvar" gömrük postunda 90, "Qırmızı Körpü" gömrük postunda 1390, "Mazımqara" gömrük postunda 32, "Samur" gömrük postunda 95 və "Xanoba" gömrük postunda 15 yük maşını var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0