Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
 - Sputnik Azərbaycan, 1920, 12.12.2023
Abunə olmaq
İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub.
BAKI, 12 dekabr - Sputnik. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.
Prezident İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.
Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 12.12.2023
Heydər Əliyev ili
Azərbaycanın Ümummilli Liderinin anım günü: 20 il Heydər Əliyevsiz
Xəbər lenti
0