DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə ordusunun Suriyadan çıxacağı vaxt açıqlanıb

© Turkish Defence Ministry via AP, PoolTürkiyə ordusu Suriya sərhədində
Türkiyə ordusu Suriya sərhədində - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Abunə olmaq
Türkiyə milli müdafiə naziri bildirib ki, Qərb ölkələri terrorçuları dəstəkləyir və onlara helikopterdən istifadəni də öyrədir.
BAKI, 11 dekabr — Sputnik. Milli müdafiə naziri Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrin Suriyadan nə vaxt çıxacağını açıqlayıb.
O, bu barədə NTV telekanalına müsahibəsində danışıb.
Nazir bildirib ki, Türkiyə heç bir ölkənin, o cümlədən Suriyanın ərazi bütövlüyünə göz tikməyib: "Hazırkı rejimin yeni konstitusiyanı qəbul etməsi, seçkilərə getməsi gözlənilir. Bundan sonra ölkədən çıxacağıq".
Y.Gülər söyləyib ki, Qərb ölkələri terrorçuları dəstəkləyir və onlara helikopterdən istifadəni də öyrədir: "Bütün bunlara baxmayaraq, Türkiyə terrorçularla mübarizəni davam etdirəcək. Terrorçular mağaralarda yaşamağa davam edirlər".
Nazir Suriya və İraqdakı terrorçuları da təslim olmağa çağırıb.
Y.Gülər vurğulayıb ki, xüsusilə son iki ayda İraqın şimalında təslim olan terrorçuların sayı artıb: "Bu il ərzində 119 terrorçu təslim olub. Bu rəqəmin artacağına inanıram".
Xəbər lenti
0