Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb heç vaxt Rusiyanı əzə bilməyəcək - Putin

© Sputnik / Валерий Шарифулин / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, arxiv
Rusiya prezidenti Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 10.12.2023
Abunə olmaq
RF lideri Kiyev hakimiyyətinin rusları Ukraynada yerli olmayan millət elan etməsini dəlilik adlandırıb.
BAKI, 10 dekabr - Sputnik. Qərb Rusiyanı əzməyə çalışır, heç vaxt buna nail ola bilməyəcəklər. RİA Novosti-nin xəbərinə görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

“Əvvəlcə müdaxilə etmədik, elə bilirdik ki, öz-özünə sakitləşəcək. Yox. Sonra insanlara kömək etməyə məcbur olduq... Biz bu Minsk razılaşmalarını bağladıq. Onlar da dedilər: “Biz onları yerinə yetirməyə hazırıq”. Bunun üçün çalışdıq. Amma elə bu dəqiqə... Bunu yenə də ictimaiyyət qarşısında dedilər. Həm Almaniyanın keçmiş kansleri, həm də Fransanın keçmiş prezidenti dedilər: “Biz bunu yerinə yetirmək barədə düşünməmişik, sadəcə Ukraynanı hərbi əməliyyatlara hazırlamaq üçün imzalamışıq”. Və Rusiyanı kənara itələmək, zəiflətmək və sonda onu əzmək cəhdi. Onlarda heç nə alınmayacaq. Heç vaxt", - deyə RF lideri Kremldə Rusiya Qəhrəmanları ilə söhbəti zamanı bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri Rusiyaya ziyan vuracağı təqdirdə hər kəslə əməkdaşlığa hazırdır.
“Rusiyaya zərər vermək üçün hər şeyə hazırdırlar, hər kəslə əməkdaşlığa hazırdırlar”, - deyə dövlət başçısı bildirib.
Rusiya prezidenti həmçinin Kiyev hakimiyyətinin rusları Ukraynada yerli olmayan millət elan etməsini “tamamilə əndazədən çıxmaq” kimi dəyərləndirib.

“Əgər bizim tarixi ərazilərimizdə Rusiyanı məhv etməyə, oradan insanları qovmağa və rusları yerli olmayan millət elan etməsəydi, biz heç vaxt belə bir şey etməzdik. Onlar tamamilə dəli olublar, tamamilə məəttəl qalıblar, daha sadə desək, məşhur şəkildə desək: tamamilə dəli olublar”, - deyə dövlət başçısı bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0