Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eldar Babazadə: Rəssam ilhamın gəlməsini gözləmir, onu özü yaradır

© Sputnik / Mahmudov TalehAzərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadə
Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadə - Sputnik Azərbaycan, 1920, 08.12.2023
Abunə olmaq
Dekabrın 8-də bütün dünyada Beynəlxalq Rəssamlar Günü kimi qeyd olunur.
BAKI, 8 dekabr — Sputnik. Dekabrın 8-də bütün dünyada Beynəlxalq Rəssamlar Günü qeyd olunur. Bu gün ərəfəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadənin emalatxanasında olduq.
- Eldar müəllim, necə oldu ki, rəsm çəkməyə başladınız?
- Çətin sualdır... Uzun müddətdir ki, rəsm çəkirəm. Əvvəlcə bu, uşaqlıq hobbisi idi, amma valideynlərim də rəssamdır: anam keramikaçı, atam heykəltəraşdır. Mən bu mühitdə böyümüşəm və təbii ki, uşaqlıqda tamam başqa arzularım olsa da, nəhayət yaradıcılığa başladım. Mən gəmi kapitanı olmaq istəyirdim və hətta P.S.Naximov adına Qara dəniz Ali Dəniz Məktəbinə daxil olmuşdum. Ancaq taleyim başqa cür qərar verdi. Keramika, döymə sənəti üzrə təhsil almışam və rəssamlıq məktəbinin zərgərlik sinfini bitirmişəm.
- Əsərlərinizdə hansı mövzular öz əksini tapıb və niyə məhz onlar?
- Mövzuların sayı çoxdur. Bunlar əsasən milli adət-ənənələr və mədəniyyətlərdir. Lakin bütün bunları müasir hadisələrin işığında təqdim etməyə çalışıram.
© Sputnik / Mahmudov TalehEldar Babazadə
Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadə - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Eldar Babazadə
- Yaradıcılıq böhranlarınız olurmu və belə məqamda nə edirsiniz?
- Bütün yaradıcı insanlar bu şərtə tabedirlər və hər kəs ondan çıxış yolunu tapır. Belə hallarda diqqətimi başqa bir şeyə yönəltməyə çalışıram. Mən, məsələn, vitraj və ya şüşə hazırlamağa başlaya bilərəm. İlhamın gəlməsini gözləmirəm, onu özüm yaradıram.
- İfadəni tamamlayın: Mən heç vaxt bunu çəkməyəcəyəm...
- Qorxu. Qorxu insanı iflic edən bir vəziyyətdir. Onun düşünməsinə və vəziyyəti adekvat qiymətləndirməsinə mane olur.
© Sputnik / Mahmudov TalehEldar Babazadənin əl işi
Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadə - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Eldar Babazadənin əl işi
- Rəsm çəkməyə başlamazdan əvvəl əməl etdiyiniz rituallar varmı?
- Mən heç bir ritualın davamçısı deyiləm. Hər şey impulsiv olaraq və sidqi-ürəkdən baş verir. Müəyyən bir vəziyyətə köklənirəm və onun əsasında çəkirəm.
- Sənətkar olmaq istəyənlərə nə məsləhət görərdiniz?
- Yeni başlayan rəssamlar dünyaya başqa gözlə yenicə baxmağa başlayan insanlardır. Onlar öz düşüncələrini və ruh hallarını əsərlərində əks etdirirlər. Bu, çox yaxşıdır. Amma iş olmasa, bütün bunlar tədricən sönə bilər. Ona görə də onlara yorulmadan öz üzərində, texnikaları və dünyagörüşü üzərində işləməyi məsləhət görürəm.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0