Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq

© Sputnik / Murad OrujovBakıda turistlər, arxiv şəkli
Bakıda turistlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Turizm sektorunda dayanıqlılığın təmin edilməsi, regionlarda turizmin mövsümülük probleminin həlli ilə bağlı tədbirlər planları tərtib olunacaq.
BAKI, 7 dekabr — Sputnik. Turizmin İnkişafı ilə bağlı Dövlət Proqramı hazırlanacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və turizm strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov "Azərbaycan Turizm Sammiti 2023"də çıxışı zamanı məlumat verib.
O bildirib ki, turizm sektorunda dayanıqlılığın təmin edilməsi, regionlarda turizmin mövsümülük probleminin həlli ilə bağlı tədbirlər planları tərtib olunacaq:
"Həmçinin turizmin inkişafı üçün marketinq və kommunikasiya planının, Destinasiya İnkişaf Planının hazırlanması nəzərdə tutulur. Onu da qeyd edim ki, yaxın gələcəkdə Regional Turizm Şuraları da yaradılacaq".
Xəbər lenti
0