SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şarl Mişel Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmanı alqışlayıb

© Photo : European Unionİlham Əliyev, Şarl Mİşel və Nikol Paşinyan, arxiv şəkli
İlham Əliyev, Şarl Mİşel və Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Mişel yazıb ki, "indi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”.
BAKI, 7 dekabr - Sputnik. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayıb.
Bu barədə siyasətçi sosial şəbəkə hesabında yazıb.
“Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır" - Mişel qeyd edib.
Aİ rəhbəri həmçinin yazıb:
"İndi liderləri Ermənistan-Azərbaycan sülh razılaşmasını tez bir zamanda yekunlaşdırmağa çağırıram”.
Здание Администрации Президента Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 07.12.2023
SİYASƏT
Azərbaycan və Ermənistandan qarşılıqlı jest: sülh sazişi imzalamağa qərar verildi
Xəbər lenti
0