Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şuşa və Füzulidə mina partlayıb - xəsarət alanlar var

© Sputnik / Emin AlisahibElgün Ələkbərovun mina düşdüyü traktor
Elgün Ələkbərovun mina düşdüyü traktor - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Şuşa şəhəri Tar sexi ərazisində və Füzuli rayonu Horadiz kəndi ərazisində vətəndaşların minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb.
O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. Araşdırma aparılır.
11:19
Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.
O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Azərbaycanda 2020-ci il no­yabrın 10-dan indiyədək 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 108 mülki şəxs isə yaralanıb. Həmçinin bu dövr ərzində 15 hərbçi mina part­laması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb.
Ümumilikdə, qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəbər lenti
0