Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb

© Photo : REPORTBakı Şəhəri üzrə Təhsil İdarəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan, 1920, 07.12.2023
Abunə olmaq
Hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.
BAKI, 7 dekabr - Sputnik. Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.
Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.
Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.
Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.
Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.
Kəlbəcər, arxiv - Sputnik Azərbaycan, 1920, 04.04.2024
CƏMİYYƏT
Kəlbəcərdə yer silkələndi
Xəbər lenti
0