CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığınacaqda qızılcaya yoluxma sayı kəskin artdı

© iStock.com / MumemoriesQızılca, arxiv
Qızılca, arxiv - Sputnik Azərbaycan, 1920, 06.12.2023
Abunə olmaq
Birlik sədri bildirib ki, yoluxanların çoxu 5 yaşa qədər uşaqlardır.
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Uşaqlar Birliyinin sığınacağında qızılcaya yoluxan uşaqların sayı 40-a çatıb. Bu barədə Sputnik Azərbaycan-a açıqalamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, hazırda qızılcaya yoluxan uşaqlardan 11 nəfəri xəstəxanadadır.
Təşkilat rəhbəri onu da bildirib ki, yoluxanların çoxu 5 yaşa qədər uşaqlardır.
Qeyd edək ki, son günlər Azərbaycanda uşaqlar arasında qızılca sürətlə yayılıb. Qaradağ rayonundakı bir məktəbdə ibtidai sinif distant təhsilə keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0