DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xəzər regionunda vahid təşkilat yaratmaq lazımdır - Abdullahian

© Sputnik / Григорий СысоевAbdullahian
Abdullahian - Sputnik Azərbaycan, 1920, 05.12.2023
Abunə olmaq
İran XİN rəhbəri bildirib ki, Xəzərdə əməkdaşlığın institutsionallaşdırılması və strukturlaşdırılması yolu ilə irəliləməkdən başqa seçimimiz yoxdur
BAKI, 5 dekabr — Sputnik. "Xəzər regionunda əməkdaşlığın bütün sahələrinə nəzarəti həyata keçirə biləcək vahid təşkilat yaratmaq lazımdır".
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.
"Xəzər dənizini dostluq, tərəqqi və inkişaf rəmzinə çevirmək üçün kollektiv qarşılıqlı fəaliyyət və əməkdaşlığı daha da gücləndirməliyik. Bizim Xəzərdə əməkdaşlığın institutsionallaşdırılması və strukturlaşdırılması yolu ilə irəliləməkdən başqa seçimimiz yoxdur", - İran XİN rəhbəri bildirib.
Xəbər lenti
0