Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya XHƏ-də məğlub ola bilməz, əks halda dünya yeni müstəmləkə sistemində peyda olacaq

© AP Photo / Dmitri LovetskyRusiya hərbçisinin təsviri olan stend, arxiv şəkli
Rusiya hərbçisinin təsviri olan stend, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2023
Abunə olmaq
"Rossiya seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov V Ümumdünya Media Sammitində çıxış edib.
BAKI, 5 dekabr — Sputnik. Rusiya xüsusi hərbi əməliyyatda məğlub ola bilməz. Çünki belə olarsa, ABŞ-la nüvə tarazlığını və qlobal güc balansını qoruya biləcək heç bir ölkə qalmayacaq və dünya özünü yeni müstəmləkə sistemində tapacaq.
Bunu çərşənbə axşamı "Rossiya seqodnya" beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyov bəyam edib.
"İkinci Dünya Müharibəsindən sonra yaradılmış sülh nəsilimizə qədər gəlib çatdı, hazırda bizim nəsil yeni sülh quruluşunu qurur", - deyə Kiselyov V Ümumdünya Media Sammitində çıxışı zamanı bildirib.
"Təsəvvür edək ki, "Rusiya uduzur, o zaman dünyada ABŞ ilə nüvə balansını və dünya qüvvələr balansını qoruyacaq bir ölkə qalmayacaq. Rusiya parçalanacaq, dünya tarazlığı tamamilə dəyişəcək və hər kəs özünü barışmaz yeni bir müstəmləkə sistemində hiss edəcək, çünki amerikalıların resurslara ehtiyacı var, avropalılar isə müstəmləkə modelinə uyğun yaşamağa öyrəşiblər", - deyə o əlavə edib.
Bununla yanaşı, Kiselyov əmin olduğunu bildirib ki, "bu baş verməyəcək, lakin mən istərdim ki, bütün həmkarlarım baş verənlərin mənasını və Rusiyanın bu hadisədə oynadığı rolu başa düşsünlər".
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "başqa cür hərəkət etmək şansı qalmadı, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi". Onun sözlərinə görə, Rusiya 30 ildir ki, Avropada təhlükəsizlik prinsipləri ilə bağlı NATO ilə razılığa gəlməyə çalışır, lakin buna cavab olaraq ya rüsvayçı aldatma və yalanlarla, ya da təzyiq və şantaj cəhdləri ilə üzləşib. Alyans isə Moskvanın etirazlarına baxmayaraq, durmadan genişlənir və Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşır.
Xəbər lenti
0