Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Valideynlər arasında qızılca xofu - "Uşağı məktəbə göndərməyə qorxuruq"

© Sputnik / Murad OrujovMəktəblilər, arxiv şəkli
Məktəblilər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Müəllim bildirir ki, bir tərəfdən valideynlər "10-15 manat ödəyib polikilinikadan arayış almalı olurlar, digər tərəfdən isə rayon GEM-ləri arayış olmadan qızılcaya yoluxub sağalmış şagirdi məktəbə buraxmağı qadağan edir.
BAKI, 5 dekabr — Sputnik. Bakıda uşaqlar arasında qızılca xəstəliyinin yayılması valideynlər arasında ciddi narahatlığa səbəb olub. Valideynlər övladlarını məktəbə göndərməkdən ehtiyat edir, təhsil müəssisələrinin direktorları isə rayon gigiyena və epidemiologiya mərkəzlərindən rəsmi məktub daxil olmadan, Elm və Təhsil Nazirliyinin qərarı olmadan distant təhsilə keçidin mümkün olmadığını söyləyirlər.
Valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edir
Bu gün Sputnik Azərbaycan-a açıqlama verən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksin direktoru İlahə Carçıyeva bildirib ki, məktəbin V sinfinin şagirdi valideyn Ağazadə Valid Ramil oğlunun qızlcaya yoluxduğu barədə məlumat verib. Bundan sonra valideynlər narahat olduqlarını ifadə edərək uşaqlarını məktəbə göndərməkdən ehtiyat etdiklərini söyləyiblər.
Lakin İ.Carçıyeva bildirir ki, məktəb rəhbərliyinin qızılcaya görə sinifi distant təhsilə keçirmək səlahiyyəti yoxdur.

"Təhsil müəssisəsində dərslərin distant təhsilə keçirilməsi barədə qərarın verilməsi məktəbin səlahiyyətlərinə daxil deyil. Bu qərar Elm və Təhsil Nazirliyinin müvafiq tapşırığı ilə həyata keçirilə bilər. Bunun üçün rayon gigiyena və epidemiologiya mərkəzi hansı şagirdin qızılcaya yoluxduğunu rəsmi təsdiqləməlidir", - deyə direktor bildirib.

© iStock.com / StockPlanetsQızılcaya yoluxmuş uşaq
Qızılcaya yoluxmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Qızılcaya yoluxmuş uşaq
Valideynlər isə Sputnik Azərbaycan-a bildiriblər ki, sinifdə qızılcaya yoluxma olduğundan, övladlarını dərsə göndərməyə ehtiyat edirlər. Onlar qızılca müşahidə olunan siniflərdə dərslərin distant üsula keçirilməsini tələb edirlər.
Ən azı bir həftə distant tədrisə keçmək zərurətdir
Təhsil üzrə eksept Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə yoluxma arealının genişlənməməsi, yoluxanların ağırlaşmaması üçün bütün təhsil müəssisələrində tədrisə bir həftəlik fasilə verilməlidir.

"Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər odur ki, bir şagird bu xəstəlikdən dünyasını dəyişib. Biz mütəmadi olaraq məktəblərin dezinfeksiya işlərini həyata keçirməliyik, qızılca əlaməti müşahidə olunan şagirdi nəzarətə almalıyıq və ən əsası, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Düşünürəm ki, ölkədə qızılca alovlanmasının müşahidə olunduğu dövrdə, yoluxma arealının genişlənməməsi, yoluxanların ağırlaşmaması üçün bütün təhsil müəssisələrində tədrisə bir həftəlik fasilə verilməlidir. Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında da yoluxma halları baş verib", - deyə K.Əsədov söyləyib.

© Sputnik / Murad OrujovKamran Əsədov, arxiv
Эксперт в области образования Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Kamran Əsədov, arxiv
Qeyd edək ki, müəllimlər şagirdlər arasında qızılcanın alovlanmasına digər səbəb kimi tibbi arayış tələbinin olmasını göstərirlər.
Tibbi arayış tələbi qızılcaya yoluxmanı sürətləndirir
Adının çəkilməsini istəməyən paytaxt məktəblərindən birinin müəllimi Sputnik Azərbaycan-a bildirib ki, qızılcaya yoluxmuş şagirdlər məktəbə gəlməkdə davam edirlər. Əks halda şagirdlərdən tibbi arayış tələb olunur.

"Valideynlər bildirirlər ki, 10-15 manat ödəyib polikilinikadan arayış almalı olurlar. Ona görə də, qızılcaya yoluxan uşaqlar da məktəbə gəlirlər. Digər tərəfdən, rayon GEM-ləri də bizə tələb qoyub ki, arayış olmadan qızılcaya yoluxmuş şagirdi məktəbə buraxmayın. Buna görə valideynlərin çoxu uşağın qızılca olduğunu gizli saxlayır", - deyə müəllim bildirib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildiriblər ki, qızılcaya yoluxmuş şəxs iki həftə ərzində karantin tələbinə əməl etməlidir. Əgər şagird qızılcaya yoluxubsa, sağaldığı barədə ərazi üzrə polikilinikadan müvafiq arayış təqdim etdikdən sonra təhsilinə davam etməlidir.
O da bildirilib ki, qızılcaya yoluxma hadisəsi qeydə alındıqda təmasda olan şəxslərin tibbi müşahidəsi aparılmalıdır. Peyvənd olunmayan uşaqlar üçün yoluxma təhlükəsi daha yüksəkdir.

"Ümumiyyətlə, yoluxucu xəstəlik keçirən uşağın sağalması haqqında məlumat sahə həkimi tərəfindən verilməlidir. Tibbi arayışın istənilməsi qəbul edilən qaydalara uyğundur. Bu fakt qızılcaya yoluxma hallarının gizlədilməsinə təsir edə bilməz", - deyə qurumun müraciətimizə cavabında bildirilib.

Qeyd edək ki, qızılcaya yoluxma üzündən ölkədə dörd uşaq vəfat edib. Onlardan biri məktəblidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 04.12.2023
TƏHSİL
Nazir qızılca ilə bağlı məktəblərdəki son vəziyyəti açıqladı
Xəbər lenti
0