SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə gedib

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidCeyhun Bayramov, arxiv
Ceyhun Bayramov, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Səfər zamanı azərbaycanlı nazirin tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
BAKI, 4 dekabr - Sputnik. Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, səfər zamanı, nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, İRNA agentliyi dekabrın 5-də Rusiyanın Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Moskvada Xəzərsahili dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi ilə bağlı xəbər yayıb.
Bildirilirdi ki, tədbir çərçivəsində Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistanın xarici işlər nazirlərinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəzəryanı - Sputnik Azərbaycan, 1920, 04.12.2023
TƏHLİL
Xəzəryanı ölkələrin XİN rəhbərləri Moskvaya niyə yığışır?
Xəbər lenti
0