Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Rusiyada keçiriləcək beynəlxalq qida və içki sərgisində iştirak edəcək

© Sputnik / Виталий Белоусов / Mediabanka keçidMoskva beynəlxalq qida və içki sərgisi, arxiv şəkli
Moskva beynəlxalq qida və içki sərgisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
PRODEXPO 2024" Rusiya və Şərqi Avropanın ən böyük qida və içki sərgisi hesab edilir.
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan fevralın 5-9-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək beynəlxalq qida və içki sərgisində ("PRODEXPO 2024") iştirak edəcək.
Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) məlumat yayıb.
Məlumata görə, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb.
"PRODEXPO 2024" Rusiya və Şərqi Avropanın ən böyük qida və içki sərgisi hesab edilir. Tədbirə 35 ölkədən 2 027 iştirakçının, 106 ölkədən 67,7 mindən çox ziyarətçinin qatılacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0