NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti bahalaşıb

© AFP 2023 / MLADEN ANTONOVBakıda neft buruqları, arxiv şəkli
Bakıda neft buruqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Abunə olmaq
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 78,88 ABŞ dolları təşkil edib.
BAKI, 2 dekabr - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,02 ABŞ dolları, yaxud 1,21 % artaraq 85,59 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 78,88 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Xəbər lenti
0