ELM

2023-cü il dekabrın 1-də Yer kürəsini maqnit qasırğası bürüyəcək

© AFP 2023 / PEKKA SAKKI / LEHTIKUVAMaqnit qasırğası, arxiv şəkli
Maqnit qasırğası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Rusiya və ABŞ alimləri qasırğaların qışda zərərli, yayda isə nisbətən zərərsiz olduğu qənaətinə gəliblər.
BAKI, 01 dekabr - Sputnik. Yerə maqnit qasırğası yaxınlaşır. Bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası məlumat yayıb.
Laboratoriyanın proqnoza görə, maqnit qasırğasının pik nöqtəsi 2023-cü il dekabrın 1-nə təsadüf edəcək. Onun gücü 6 bala çata bilər ki, bu da G2 səviyyəsinin orta maqnit qasırğası kimi qiymətləndirilir. Ertəsi gün güc 5 bala enəcək (zəif qasırğa).
Güclü maqnit qasırğaları zamanı enerji sistemlərində gərginliyin oynaması və yanlış müdafiə işləri baş verə bilər. Peyk naviqasiyasında fasilələr, aşağı tezlikli radionaviqasiya ilə bağlı problemlər və radio rabitəsində radiodalğaların kəsilməsi istisna edilmir.
Maqnit qasırğalarının insanlara təsiri ilə bağlı fikir yoxdur. Bəzi tədqiqatlar bizi inandırır ki, bu qasırğa zamanı xəstəliklər nisbəti iki dəfə artır. Digərləri isə bu halda heç bir təsir belə görmürlər.
Beləliklə, Rusiya və ABŞ alimləri qasırğaların qışda zərərli, yayda isə nisbətən zərərsiz olduğu qənaətinə gəliblər. Qışda melatonin hormonu, güclü antioksidanın daha pis istehsal olunduğu irəli sürülüb. Bu zaman orqanizm zəifləyir.
26.11.23, 12:27
Yer kürəsində mülayim maqnit qasırğası müşahidə olunur
Noyabrın 26-da Yer kürəsində mülayim maqnit qasırğası müşahidə olunur.
Bu barədə Rusiya məlumatı Tətbiqi Geofizika İnstitutunun kosmik hava monitorinqi yayıb.
Qeyd olunub ki, indi Yerin maqnit sahəsində pozulma dərəcəsi G2 səviyyəsinə çatıb. Bu da beş indikatorlu monitorinq şkalasında “orta” deməkdir.
Odur ki, Yer kürəsində enerji sistemləri ilə bağlı problemlər ola bilər. Radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsinin kəsilməsi də mümkündür.
Son yeddi gündə elm adamları Günəşdə bir neçə güclü “M” sinifli alovlar qeydə alıblar. Bütövlükdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti son bir neçə gündə 2-5 intervalında dəyişir.
Xəbər lenti
0