SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclisin nümayəndə heyəti Çex Respublikasına səfər edib

© Photo : Milli MejlisSahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir
Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Səfərdə nümayəndə heyəti Çexiya Parlamentində olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
BAKI, 1 dekabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gedib.
Bu barədə Azərtac-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çexiya parlamentində görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0