Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq - PA rəsmisi

© AFP 2023 / EMMANUEL DUNANDAzərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
Bələdiyyələrlə iş sektorunun müdiri bildirib ki, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək.
BAKI, 30 noyabr — Sputnik. "İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr yaradılacaq".
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev parlamentdə "Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
"Yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə həyat tam bərpa ediləcək və biz orada bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sahəsində də inkişafın şahidi olacağıq", - F.Əliyev qeyd edib.
Xəbər lenti
0