SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Cozep Borrell Mirzoyanla Cənubi Qafqazda sülhü müzakirə edib

© AP Photo / Hadi MizbanAvropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell
Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell  - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.
BAKI, 30 noyabr — Sputnik. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutub.
Görüş Skopyedə ATƏT xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutub.
Tərəflər Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələlərini müzakirə edib.
Xatırladaq ki, noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində XİN başçısının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
0