Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycana yeni peyvəndlər gətirildi - Əhalinin nəzərinə!

© AP Photo / Rogelio V. SolisPeyvənd, arxiv şəkli
Peyvənd, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib.
BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Səhiyyə Nazirliyi ölkəyə qrip əleyhinə peyvənd gətirib. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib.
"Azərbaycanda qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir.
Bu məqsədlə, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisinə qrip əleyhinə peyvənd gətirilib. Peyvəndlərin Bakı şəhəri üzrə paylanılması artıq başa çatıb. Hazırda, peyvənd materiallarının respublikanın digər şəhər və rayonlarına çatdırılması davam edir və yaxın zamanlarda yekunlaşacaq" deyə qurumdan bildirilib.
O da qeyd edilib ki, Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir.
Xəbər lenti
0