Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Müdafiə nazirlərinin Bakı görüşünün məramı nədir?

© Sputnik / Alexandr İmedashviliФлаги Азербайджана, Грузии и Турции
Флаги Азербайджана, Грузии и Турции - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Ekspertlər iddia edir ki, nazirlərin Bakıda keçirilən görüşündə ilin yekunları ilə bağlı məsələlər müzakirə ediləcək.
BAKI, 27 noyabr — Sputnik. Bu gün Bakıda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçiriləcək.
Hərbi ekspert Ədalət Verdiyev və ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Sputnik Azərbaycan-a nazirlərin Bakı görüşünü şərh ediblər.
Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, həm regionda, həm Yaxın Şərqdə baş verənlər fonunda 3 qonşu və strateji müttəfiq ölkənin müdafiə nazirlərinin görüşünün keçirməsi müsbət haldır: "Bu görüşlər birmənalı şəkildə regionda və onun ətrafında sülhün təmin edilməsinə yönəlib. Azərbaycan, Türkiyə, Gürcüstan arasında həm hərbi, həm hərbi-texniki, həm də hərbi təhsil sahəsində əməkdaşlıq mövcuddur.
Ekspert xatırladıb ki, bu ölkələr "Eternity", "Qafqaz Qartalı" təlimində birgə iştirak edirlər: "Təlimlərdə üç ölkənin ortaq hədəflərə qarşı birgə fəaliyyəti ilə bağlı tapşırıqların icra olunmasının şahidi olmuşuq. Bu təlimlərin əsas məqsədi təhdidlərə qarşı koordinasiyalı cavabın formalaşdırılmasına hesablanıb. Əməkdaşlığın vacib istiqamətlərindən biri də hərbi-texniki sahədə təcrübə mübadiləsinin aparılmasıdır. Bu təlimlərdə yalınız təlim və təhlükəsizlik məsələləri deyil, əməkdaşlığın müxtəlif aspektləri, kənar ölkələrin regiona müdaxiləsi ilə yarana biləcək təhdidlərin aradan qaldırılması da müzakirə edilir".
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bildirir ki, bu üç ölkə arasında son illər bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Üzeyir Cəfərov qeyd edir ki, nazirlərin Bakı görüşü cari ilin yekunları ilə bağlıdır: "Görülən işlərdə müsbət və mənfi məqamların görüşün başlıca müzakirə mövzusu olacağını düşünürəm. Həmçinin bu görüşdə qarşıdan gələn ilin fəaliyyət istiqamətləri müzakirə ediləcək. Bu baxımdan nazirlərin Bakı görüşünün regionda hərbi fəallığını artıran qərb ölkələri ilə əlaqələndirməzdim".
Ü.Cəfərov deyir ki, regionda baş verə biləcək hər hansı hərbi təhdid halında nə gürcü əsgələri, nə də Türkiyə əsgərləri Azərbaycanla yan-yana dayanıb hansısa əməliyyatları həyata keçirməyəcəklər: "Bu sadəcə olaraq bir formatdır. Gələcək üçün zərurət yaranacağı halda belə bir qərar verilə bilər. Bu ölkələr belə görüşlərdə, təlimlərdə bir-biri ilə təcrübə mübadiləsi edirlər".
Xəbər lenti
0