ELM

Alman alimlər şəkərdən sui-istifadənin nəyə gətirib çıxardığını müəyyən ediblər

© AFP 2023 / JOEL SAGETŞəkər
Şəkər - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Həddindən artıq şəkər istehlakı həm də demensiyanın inkişaf riskini 54% artırır.
BAKI, 27 noyabr — Sputnik. Kölndəki Maks Plank Metabolik Tədqiqatlar İnstitutunun alimləri müəyyən ediblər ki, şəkəri yüksək olan qidaların qəbulu beyin xəstəliklərinə səbəb olur.
Tərkibində şəkər olan qidalar asılılıq yarada, eyni zamanda narahatlığı artıra və ya depressiyaya səbəb ola bilər. Almaniyalı dietoloq Loren Conson Reynoldsa görə, şəkərin çox istehlak edilməsi, tərkibində qlükoza olmasına baxmayaraq, beyinə zərər verə bilər. Gündəlik 40 qramdan çox şəkər istehlak edən kişilər risk altındadırlar - onlara şəkəri məhdudlaşan insanlardan 23% daha çox depressiya diaqnozu qoyulur.
Bundan əlavə, həddindən artıq şəkər istehlakı demensiyanın inkişaf riskini 54% artırır. Tədqiqatçılar qeyd ediblər ki, qida rasionunda şəkərli qidaların və içkilərin üstünlük təşkil etməsi idrak qabiliyyətlərinə və yaddaşa mənfi təsir göstərərək öyrənmə və diqqəti cəmləşdirməyi çətinləşdirir.
Mütəxəssislər deyirlər ki, yüksək şəkərli qidaları məhdudlaşdırmaq, əvəzində tərəvəz və zülal da daxil olmaqla daha sağlam qidaları seçmək vacibdir.
Daha əvvəl dietoloq Yelena Solomatina gündəlik şəkər qəbulunun necə hesablandığı barədə məlumat vermişdi.
Xəbər lenti
0