Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Siyarto Azərbaycana səfər edib və Bakı gecəsindən çəkdiyi şəkilləri paylaşıb

© Photo : X / Péter SzijjártóMacarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib
Macarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Abunə olmaq
Bundan əvvəl Energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub.
BAKI, 23 noyabr - Sputnik. Macarıstanın Xarici işlər və ticarət naziri Peter Siyarto Bakıya səfərə gəlib.
Bu barədə diplomat özünün Feysbuk səhifəsində bildirib.
O, sosial şəbəkə hesabında Bakıda çəkdiyi fotoları da paylaşıb.
Oktyabrın 27-də Macarıstanın Xarici İşlər Nazirliyinin rəhbəri İrəvana səfər edib.
Ötən gün Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazovun Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və energetika naziri Csaba Lantos ilə görüşləri olub.
Peter Siyarto ilə görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlər iclasının nəticələrindən məmnunluq ifadə edilib və Birgə Müəssisənin yaradılması ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.
"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin səmərəli layihə kimi reallaşmasında Azərbaycandan böyük həcmdə yaşıl enerjinin ötürülməsinin mühüm rol oynayacağı vurğulanıb. Həmçinin Özbəkistan və Qazaxıstanın Mərkəzi Asiyadan elektrik enerjisinin bu dəhliz vasitəsilə Avropaya ötürülməsində maraqlı olduqları diqqətə çatdırılıb. Layihənin strateji əhəmiyyəti Azərbaycanla Avropa İttifaqı, o cümlədən Macarıstan arasında körpü yaratması aspektində dəyərləndirilib.
© Photo : X / Péter SzijjártóMacarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib
Macarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 23.11.2023
Macarıstan xarici işlər naziri Peter Siyarto Bakıya səfərə gəlib
Görüşdə Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyətindən bəhs olunub. Azərbaycandan uzunmüddətli əsasda qaz tədarükünün perspektivləri, eləcə də neft-qaz layihələrində Macarıstan şirkətləri ilə əməkdaşlığın inkişafı müzakirə edilib.
Macarıstanla karbohidrogen və "yaşıl enerji" sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi energetika naziri Csaba Lantos ilə görüşdə də davam etdirilib. MOL və MVM şirkətləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin "yaşıl enerji dəhlizi" layihəsinin Texniki İqtisadi Əsaslandırma (TİƏ) prosesi, elektrik enerjisinin Avropaya ötürülməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə (ENTSO-E) qoşulma ilə əlaqəli proseslərə Macarıstan tərəfindən təcrübə dəstəyinin verilməsi razılaşdırılıb.
Xatırladaq ki, cari ilin 10 ay ərzində Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 21,8 milyard kubmetri "Şahdəniz"dən, 0,5 milyard kubmetri "Abşeron"dan, 7,1 milyard kubmetri Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0