DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski Trampla Ukraynaya dair sülh planını müzakirə etməyə hazır olduğunu açıqlayıb

© AP Photo / Eduardo MunozUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Zelenskinin sözlərinə görə, konkret sülh planını səsləndirmək və müzakirə etmək lazımdır.
BAKI, 22 noyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evin keçmiş rəhbəri Donald Trampla Ukrayna münaqişəsinin həlli planını müzakirə etməyə hazır olduğunu bildirib.
"Fox News" bu barədə xəbər verib.
Ukrayna lideri Trampın "böhranı 24 saat ərzində bitirməyə" hazır olması ilə bağlı sözlərinə diqqət çəkib. Zelenskinin sözlərinə görə, konkret sülh planını səsləndirmək və müzakirə etmək lazımdır.
"Gəlin Trampla danışaq və onun sülh düsturunda hansı addımların olduğunu göstərmək imkanını verək" - Zelenski bildirib.
Eyni zamanda, Ukrayna rəhbəri qeyd edib ki, Krımın və Donbasın Rusiyanın bir hissəsi kimi tanınmasına əsaslanan hər hansı təşəbbüsü sülh planı hesab etmir. Bununla yanaşı, o, münaqişəyə son qoymağın yolu ola biləcəyi ilə razıdır.
Xatırladaq ki, Krım 2014-cü ilin martında keçirilən referendumdan sonra Rusiyanın bölgəsinə çevrilib. Sakinlərin əksəriyyəti Rusiyaya birləşmənin tərəfdarı idi.
Daha əvvəl "Weltwoche"nin şərhçisi Volfqanq Koydl Kiyev və Moskva arasındakı danışıqların Zelenskinin iştirakı olmadan baş tuta biləcəyi barədə fikir bildirib.
Xəbər lenti
0