Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yaxın gələcəkdə antibiotikləri aptekdən reseptsiz almaq mümkün olmayacaq

© AP Photo / John LocherAntibiotik, arxiv şəkli
Antibiotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.
BAKI, 22 noyabr — Sputnik. "Yaxın gələcəkdə Azərbaycanda elektron resept sisteminə keçdikdən sonra apteklərdən antibiotikləri reseptsiz almaq mümkün olmayacaq".
Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində keçirilən milli konfransda çıxışında bildirib.
O xatırladıb ki, qanunvericilikdə antibiotiklər reseptlə satılan dərmanlar sırasına daxil edilib.
"Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb. E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək",-deyə o əlavə edib.
Xatırladaq ki, bundan öncə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, antibiotiklərin apteklərdə reseptsiz satılmasına ciddi nəzarət olmalıdır: "Antibiotiklər apteklərdə reseptlə satılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır. Çünki antibiotiklərin reseptsiz satılması təhlükəli ağırlaşmalara səbəb ola bilər”.
Xəbər lenti
0