Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah Bakıda və Abşeron yarımadasında güclü küləyin olacağı barədə xəbərdarlıq

© Sputnik / Anar MustafayevBakıda buludlu hava
Bakıda buludlu hava - Sputnik Azərbaycan, 1920, 22.11.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
BAKI, 22 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında güclü külək əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 23-də cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
Xəbər lenti
0