DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Rusiya qorxmur": Zelenski həyəcan təbili çaldı və yenidən Qərbdən pul istədi

© Photo : Ukrainian Presidential Press Office via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Ukrayna prezidenti: ABŞ və Çin bunu dayandırmasa, Rusiya irəliləməyə davam edəcək.
BAKI, 21 noyabr — Sputnik. Rusiya hətta bütün dünya ilə qarşıdurmadan qorxmadığı üçün dayanmayacaq və hücumu davam etdirəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski ingiltərənin "The Sun" nəşrinə verdiyi müsahibədə deyib.
"Rusiya qorxmur. O, bütün dünyaya qarşı çıxdığını hiss etmir" - Ukrayna lideri bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ və Çin birlikdə Rusiyanı dayanmağa çağıra bilərlər, lakin bu olmadan Rusiya qoşunları irəliləməyə davam edəcəklər.
O, həmçinin Rusiya ilə qarşıdurma üçün Ukraynaya kifayət qədər silah verilmədiyini bir daha bəyan edib və istənilən yolla Kiyev rejiminə dəstəyi artırmağa çağırıb.
"Əgər verə bilərsinizsə, verin! Əgər sata bilirsənsə, satın! İcarəyə götürə də bilərik. Bizə lisenziya verin, biz pul tapacağıq", - deyə Zelenski fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Zelenski etiraf ediraf ki, Yaxın Şərqdəki müharibə səbəbindən Ukraynaya diqqəti xeyli zəifləmiş Qərb müttəfiqlərinin dəstəyi olmadan Ukrayna qoşunları geri çəkiləcək.
Öz növbəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson xəbərdarlıq edib ki, Rusiya bütün hədəflərinə nail olacaq və heç kim onu öz tələblərindən geri çəkilməyə məcbur etməyəcək.
Xəbər lenti
0