Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Nazirlik qızılca ilə bağlı ölkədəki epidemioloji vəziyyəti açıqladı

© AFP 2023 / DANIEL MIHAILESCUQızılcaya qarşı peyvənd
Qızılcaya qarşı peyvənd - Sputnik Azərbaycan, 1920, 21.11.2023
Abunə olmaq
Nazirlik bildirib ki, qızılca ilə əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb.
BAKI, 21 noyabr — Sputnik. Azərbaycanın bəzi bölgələrində qızılca virusuna tək-tək yoluxma halları müşahidə edilib. Hadisələr qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb, qızılca peyvəndindən kənarda qalan uşaqlar QPM (qızılca-parotit-məxmərək əleyhinə) vaksini ilə peyvəndə cəlb olunurlar:
"Hazırda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir. Qızılca xəstəliyinə yoluxma hallarının qarşısının alınması məqsədilə hər hansı səbəbdən peyvənddən kənar qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə QPM vaksini ilə peyvənd edilməsi tövsiyə olunur".
02.11.23, 20:34
Nazir: Qızılca ilə bağlı vəziyyət tam nəzarətdədir
Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət tam nəzarətdədir.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Şəkidə gimnaziyada şagirdlərin qızılcaya yoluxmasından sonra vəziyyət ciddi şəkildə araşdırılıb və müayinələr götürülüb:

"Saylar çox deyil. Sadəcə profilaktik tədbir məqsədilə təmasda olan şəxslər izolyasiya olunub. Ümumiyyətlə, yoluxucu xəstəliklərə gəldikdə Nazirlər Kabinetinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib. Tədbirlər Planına əsasən, uşaqlar arasında 11 yoluxucu xəstəliyin profilaktik immunizasiyası aparılacaq. Bu proses mütəmadi olaraq ölkəmizdə aparılıb və ildən-ilə daha müasir, daha effektiv vaksinlər gətirilir. Bu 11 xəstəlik - Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, pnömokok və epidemik paratitidir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qızılca xəstəliyinə tutulan uşaq - Sputnik Azərbaycan, 1920, 19.10.2023
SƏHİYYƏ
Azərbaycanda qızılca xəstəliyi hansı ölkələrdən yayılıb? Rəsmi açıqlama
Xəbər lenti
0