DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Müttəfiqləri Zelenskiyə xəbərdarlıq ediblər

© AP Photo / Mary AltafferUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.11.2023
Abunə olmaq
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluqla nəticələndikdən sonra Qərb dövlətləri “bahalı çıxılmaz layihənin” maliyyələşdirilməsindən getdikcə daha çox narahatdırlar.
BAKI, 20 noyabr - Sputnik. Müttəfiqləri Ukrayna lideri Vladimir Zelenskiyə Kiyevin mövqeyini itirməsi ilə bağlı xəbərdarlıq ediblər.
Bu barədə“Time”yazıb.
“Qərb liderləri gizli şəkildə Zelenskiyə xəbərdarlıq ediblər ki, zaman onun tərəfində deyil. Lakin onu Putinlə danışıqlara başlamağa məcbur etmək cəhdləri indiyədək heç bir nəticə verməyib”, - deyə nəşr yazıb.
Materialda o da vurğulanıb ki, ümumilikdə vəziyyət Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xeyrinədir.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluqla nəticələndikdən sonra Qərb dövlətləri “bahalı çıxılmaz layihənin” maliyyələşdirilməsindən getdikcə daha çox narahatdırlar.
Bundan əvvəl Zelenski Rusiya Federasiyası ilə münaqişənin dondurulmasının əleyhinə çıxış edib. Ukraynaprezidenti deyib ki, o, münaqişənin bitməsini Kiyevin şərtləri ilə istəyir.
Vladimir Putin bəyan edib ki, danışıqlara başlamaq üçün Ukrayna hakimiyyəti ilk növbədə bu prosesi qadağan edən fərmanı ləğv etməlidir.
Xəbər lenti
0