DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyanın ən böyük mirvari - balıqqulağı tapılıb

Balıqqulağı - Sputnik Azərbaycan, 1920, 19.11.2023
Abunə olmaq
Mirvari-balıqqulaqları təbii dəyər baxımından Finlandiyanın ən əhəmiyyətli canlılarından biridir.
BAKI, 19 noyabr - Sputnik. Dünyanın ən böyük mirvari-balıqqulağı Finlandiyada tapılıb.
Bu barədə Finlandiyanın "Yle" portalı xəbər verib.
"Kaynuu əyalətinin Puolanka icmasında rekord uzunluğu (183 millimetr) olan mirvari-balıqqulağı tapılıb", - deyə bildirilir.
Tədqiqat dalğıclarının fikrincə, əvvəllər Şimal bölgəsində belə böyük ölçüdə mirvari-balıqqulağının tapılması halı olmayıb. Bəlkə də tapılan nümunənin dünyada ən böyük olması mümkündür.
Mirvari-balıqqulağının yaşı 200 ilə qədər ola bilər. Bu balıqqulağıların böyüməsi adətən 40 ildən sonra yavaşlayır, 120-130 millimetrə çatır. Tapılan nümunənin dəqiq yaşı məlum olmasa da, onun Finlandiyanın müstəqilliyi boyunca axında (kiçik çay) yaşadığı aydın olur.
Ölçmələr aparıldıqdan sonra balıqqulağılar təbii yaşayış yerlərinə qaytarılıb. Mirvari-balıqqulağıları təbii dəyər baxımından Finlandiyanın ən əhəmiyyətli canlılarından biridir.
Xəbər lenti
0