Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yumurta bahalaşıb - Səbəb nədir?

© AFP 2023 / PHILIPPE HUGUENYumurta satışı, arxiv şəkli
Yumurta satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
M.Həsənli vurğulayıb ki, əhalinin istehlak etdiyi gündəlik yumurta tələbatı 3-3,5 milyon ədəddir. Gündəlik yumurta istehsalımız isə 4,6 milyon ədəddən çoxdur.
BAKI, 18 noyabr — Sputnik. Keçən ay ölkədə yumurtanın qiymətində kəskin artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən yumurtanın istehlak qiyməti 8,7 faiz bahalaşıb.
Bəs, aylıq bahalaşmanın səbəbi nə ola bilər?
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, yumurtada aylıq bahalaşmanın səbəblərindən biri ixracda ciddi artım ola bilər:

"Xaricdə yumurtanın qiyməti bahalaşıb. Ona görə də yerli sahibkarlar daha baha qiymətə xaricə məhsul satmaq istəyə bilər. Bu zaman qiymət müəyyən qədər qalxa bilər lakin bunun bazara ciddi təsir edəcəyini düşünmürəm".

© Photo : courtesy of Murvat Hasanli Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli
 Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli  - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli
O qeyd edib ki, illik müqayisədə isə yumurtanın qiymətində 1-2 qəpik ucuzlaşma var:
"Hazırda ağ toyuq yumurtasının 1 ədədinin topdansatış qiyməti 14 qəpikdir".
"Təklif tələbi üstələyir"
M.Həsənli vurğulayıb ki, Azərbaycanda yumurta qıtlığı yoxdur:

"Əhalinin istehlak etdiyi gündəlik yumurta tələbatı 3-3,5 milyon ədəddir. Gündəlik yumurta istehsalımız isə 4,6 milyon ədəddən çoxdur. Yəni təklif tələbi üstələyir. Yaxın aylarda yumurtanın qiymətinin qalxmasını gözləmirəm. Yumurtanın ucuzlaşma ehtimalı isə yoxdur".

"Yaxın zamanda Rusiyaya yumurta ixrac etməyi də planlaşdırırıq",-deyə o əlavə edib.
"Toyuq ətinin topdansatış qiyməti 4,40-4,60 manatdır"
© AP Photo / ANTONIO CALANNIToyuq əti, arxiv
Рабочие птицефабрики сортируют курятину. фото из архива - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Toyuq əti, arxiv
M.Həsənli toyuq ətinin qiymətindən də danışıb:

"Hazırda toyuq ətinin qiymətində dəyişiklik yoxdur. Keçən ay toyuq ətinin qiyməti illik müqayisədə 5 faiz ucuz olub. Hazırda 1 kiloqram toyuq ətinin topdansatış qiyməti 4,40-4,60 manatdır".

Azərbaycanda yumurta istehsalı artır
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 1,6 milyard ədəd yumurta istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 11,9 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda supermarketdə alıcı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2023
İQTİSADİYYAT
Azərbaycanda meyvə, tərəvəz və yumurta ucuzlaşıb - Qiymətlər
Xəbər lenti
0