DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Rusiya taxılını emal edərək onu Afrika ölkələrinə göndərəcək

© AFP 2023 / LOU BENOISTTaxıl biçini,a rxiv şəkli
Taxıl biçini,a rxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Türkiyəyə 1 milyon ton taxıl tədarükü üzrə layihə işlənmə mərhələsindədir.
BAKI, 18 noyabr - Sputnik. Türkiyə tərəfi Rusiya taxılının emalı və onun Afrika ölkələrinə göndərilməsi ilə məşğul olacaq.
Bu barədə Rusiya mediası Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının “CNN Türk” telekanalına müsahibəsində söylədiklərinə istinadən xəbər verib.
“Prezidentimiz Rusiya taxılının un şəklində Afrika ölkələrinə göndəriləcəyini söyləyib. Biz taxılı una çevirib müxtəlif mexanizmlərlə göndərəcəyik”, - deyə nazir bildirib.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Türkiyəyə 1 milyon ton taxıl tədarükü üzrə layihə işlənmə mərhələsindədir.
Xəbər lenti
0