Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Ermənistanın Müdafiə Nazirliyi növbəti dəfə uydurma məlumat yayıb

© Sputnik / Murad OrudjevMüdafiə Nazirliyinin binası
Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Ermənistan Müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir
BAKI, 18 noyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan Müdafiə Nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda vurğulanıb.
20.09.23, 10:52
Ağdərə yaşayış məntəqəsinin atəşə tutulması barədə məlumatlar tamamilə yalandır
Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən qeyd olunub.
Qeyd edək ki, sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0