Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda yük maşını ilə mikroavtobus toqquşub - ölən və yaralananlar var - SİYAHI

© Photo : REPORTQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
BAKI, 18 noyabr - Sputnik. Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri həyatını itirib.
Hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Aşağı Kürkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xəsarət alanlar aşağıdakılardır:
1991-ci il təvəllüdlü Əkbərova Nübar Alışalı qızı
1999-cu il təvəllüdlü Hətəmova Fatimə Xalıq qızı
1994-cü il təvəllüdlü Mikayılova Püstəxanım Hafiz qızı
1991-ci il təvəllüdlü Bağırlı Səbinə Zülfüqar qızı
1997-ci il təvəllüdlü Məmmədova Aynur Mirzağa qızı
1990-cı il təvəllüdlü Məlikova Elnurə Xoşbəxt qızı
2003-cü il təvəllüdlü Zalıyev Səbuhi Rüfət oğlu
2000-ci il təvəllüdlü Səmədova Xanım Etibar qızı
2017-ci il təvəllüdlü Məmmədova Mələk Azad qızı
2018-ci il təvəllüdlü Məmmədova Nuray Azad qızı.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, 2008-ci il təvəllüdlü Məlikzadə Fərid Xalıq oğlunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Salyan rayonunda baş verən yol qəzası ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanasına 11 nəfər (2-si kişi cinsi, 9-u qadın cinsi olmaqla) yerləşdirilib.
Bu barədə TƏBİB-dən bildirilib.
Xəbərə görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq şöbələrə yerləşdirilib, onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsində 2 nəfərin müalicəsi davam etdirilir. 1-nin vəziyyəti kritik ağır, 1-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
Salyanda insanların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.
Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir (APA).
Faktla bağlı araşdırma aparılır.
13.10.23, 18:44
Göygöldə mikroavtobusla minik avtomobili toqquşub - 12 nəfər xəsarət alıb
Göygöldə mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 12 nəfərə çatıb.
Onların arazında azyaşlı da olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
17:51
Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.
Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya çatdırılıb (Report).
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0