CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava belə olacaq

© AFP 2023 / NATALIA KOLESNIKOVABakıda dumanlı hava, arxiv
Bakıda dumanlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 18.11.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var.
BAKI, 18 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 14-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 14-19°, dağlarda 4-9° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0