Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əfqanıstan KTMT üçün ciddi hərbi təhlükə yaratmır - Sidorov

© Sputnik / Нина ЗотинаKTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov
KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov  - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
KTMT-nin Birləşmiş Qərargah rəisi bildirib ki, bu gün Əfqanıstan ərazisindən hərbi təhlükə ilə bağlı yaranan heç bir problem yoxdur.
BAKI, 17 noyabr — Sputnik. Əfqanıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri üçün ciddi hərbi təhlükə yaratmır, lakin dövlətlər müəyyən tədbirlər görürlər. Bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov bildirib.
"Bu gün Əfqanıstan ərazisindən hərbi təhlükə ilə bağlı yaranan heç bir problem yoxdur. Eyni zamanda, biz başa düşürük ki, Əfqanıstanın hazırkı rəhbərliyi hələ də dövlət ərazisində, o cümlədən şimal bölgələrində vəziyyətə tam nəzarət etmir. Həmin ərazilər KTMT-yə üzv dövlətlərlə həmsərhəddir. Ona görə də müəyyən tədbirlər görülür", - Sidorov "Rossiya 24" media qrupunun təşkil etdiyi brifinqdə deyib.
2021-ci il avqustun əvvəlində Taliban (terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altında) Əfqanıstan hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirir, avqustun 15-də Kabilə daxil olur və ertəsi gün müharibə elan edir. Avqustun son iki həftəsi ərzində ABŞ hərbçilərinin himayəsində olan Kabil hava limanından Qərb ölkələrinin vətəndaşları və onlarla əməkdaşlıq edən əfqanlar kütləvi şəkildə təxliyə edilib. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək, ABŞ-ın Əfqanıstanda təxminən 20 illik hərbi mövcudluğuna son qoyub. Həmin il sentyabrın əvvəlində Talibanın birinci hakimiyyəti dövründə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışmış və 2001-ci ildən BMT sanksiyaları altında olan Məhəmməd Həsən Axundun başçılığı ilə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi açıqlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0