CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dərman keçirilməsinə görə iki gömrük əməkdaşı həbs olunub

© AFP 2023 / PATRICK T. FALLONDərmanlar, arxiv şəkli
Dərmanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Onların barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
BAKI, 17 noyabr — Sputnik. "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanan cinayət işi üzrə istintaq davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, həmin cinayət işi üzrə Naxçıvan Baş Gömrük İdarəsinin Sədərək gömrük postunun iki əməkdaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda törədildikdə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onların barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0