CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il narkotik satan 7090 nəfər cinayət məsuliyyətinə cəlb edilib

© AFP 2023 / PERUVIAN MINISTRY OF THE INTERIORnarkotik
narkotik - Sputnik Azərbaycan, 1920, 17.11.2023
Abunə olmaq
Xarici ölkə vətəndaşlarından ümumilikdə 665 kq 850,783 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülüb.
BAKI, 17 noyabr — Sputnik. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 7090 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan 81 nəfəri xarici ölkə vətəndaşıdır.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 665 kq 850,783 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 568 ədəd (327 kq 575 qr) narkotik tərkibli çətənə bitkisi götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0