CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DGK sədri: Laçın sərhəd-buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb

© Sputnik / Murad OrujovLaçın sərhəd-buraxılış məntəqəsi
Laçın sərhəd-buraxılış məntəqəsi - Sputnik Azərbaycan, 1920, 16.11.2023
Abunə olmaq
Şahin Bağırov bildirib ki, hazırda Azərbaycan, Rusiya və İran gömrük orqanları arasında ilkin məlumat mübadiləsinin tətbiqi üzrə müvafiq işlər aparılır.
BAKI, 16 noyabr — Sputnik. "Torpaqlarımızın azad edilməsi nəticəsində ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaranıb".
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
DGK sədri qeyd edib ki, İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda duran ən əhəmiyyətli məsələlərdəndir.
O diqqətə çatdırıb ki, Transxəzər Gömrük Tranzit Portalının yaranması yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşımalar üçün səmərəli nəzarətə şərait yaradan Şərqlə Qərbin Xəzər üzərində rəqəmsal qovşaq mexanizmi olacaq. Eyni zamanda, Şimal-Cənub dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının gömrük orqanları arasında ilkin məlumat mübadiləsinin tətbiqi üzrə müvafiq işlər aparılır.
Ş.Bağırov qeyd edib ki, ölkəmizin tranzit potensialının inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi də Dövlət Gömrük Komitəsinin Gömrük İnkişaf Modelinin planlaşdırılan layihələrinə daxil edilib. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi Azərbaycan iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaradacaq, tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin edəcək və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək.
Bildirilib ki, eyni zamanda, ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görüb və mühüm uğurlar əldə edib. Belə ki, yaxın zamanda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirərək idxal-ixrac, o cümlədən tranzit əməliyyatlarında öz müsbət töhfəsini verəcək.
Onun sözlərinə görə, ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidən qurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə müvafiq işləri aparılır.
DGK sədri onu da vurğulayıb ki, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır: "Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır. Hazırda Laçın rayonu ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb".
Xəbər lenti
0