Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisin saxlanılmasına gələn ilin büdcəsindən nə qədər vəsait ayrılıb?

© Sputnik / Murad OrujovMilli Məclisin binası
Milli Məclisin binası - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınaraq istismara verilib.
BAKI, 15 noyabr — Sputnik. 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50,9 milyon manat vəsait nəzərdə tutulub.
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İşlər idarəsinin müdiri Firudin Hacıyev deyib. O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir.
F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınaraq istismara verilib.
Qeyd edək ki, iclasda “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
***
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda 7 məsələyə baxılacaq.
Həmin məsələlər bunlardır:
-"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
-"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
-"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
-"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
-"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
-Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
-Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.
-"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Xatırladaq ki, dünən keçirilən Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında”, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0