CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kahramanmaraşda yeni yaşayış massivinə Azərbaycanla bağlı adın verilməsi təklif edilib

© Ahmet Akpolat / DIA via APTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 15.11.2023
Abunə olmaq
Bu təkliflə Milli Məclisin deputatı Musa Qasımlı parlamentdə çıxış edib.
BAKI, 15 noyabr — Sputnik. Türkiyənin Kahramanmaraş vilayətində yeni salınacaq yaşayış massivinə Azərbaycanla bağlı adın verilməsi təklif olunur.
Bu təkliflə Milli Məclisin deputatı Musa Qasımlı parlamentdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib.
O xatırladıb ki, Azərbaycan işğalda olan torpaqlarını azad etdi, bu gün də təkbaşına, öz maliyyəsi hesabına ərazilərini dirçəldir: "Belə şəraitdə Azərbaycanın qardaş ölkəyə yardım etməsi, orada şəhər tikməsi sadə məsələ deyil. Bu, gələcək nəsillər üçün də çox əhəmiyyətlidir. Təbii ki, həmin şəhərə ad verilməsi qardaş ölkənin daxili işidir. Lakin yeni salınacaq massivə Azərbaycanla bağlı adın verilməsi gələcək nəsillər üçün böyük tarixi əhəmiyyət daşıyar".
Qeyd edək ki, bu gün Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi barədə" qanunun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi"ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki sentyabrın 25-də Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalayıblar.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni "əsrin fəlakəti" adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.
Xəbər lenti
0