Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Zelenskinin Trampa zəng etmək cəhdlərini lağa qoyub

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 14.11.2023
Abunə olmaq
Diplomat Zelenski ilə Tramp arasında söhbətin başlanğıcının necə baş tuta biləcəyini təsəvvür edib.
BAKI, 14 noyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Ptrezidenti Vladimir Zelenskinin ABŞ-ın sabiq Prezidenti Donald Trampa zəng etmək cəhdlərini lağa qoyub.
Bunu Zaxarova öz "Telegram" kanalında Zelenski və Tramp arasındakı söhbətin başlanğıcının necə baş tuta biləcəyini təqdim edərək istehza ilə yazıb.
"Nümunə mətni: "Donald, bu mənəm, Vladimir. Xeyr, dostun Vladimir deyil. Baydenin dostu Vladimirdir. Bizim Co və onun oğlu ilə biznesimiz olub. Ancaq onların hazırda problemləri var. Sənin mənə borc verəcək pulun var? Həyat yoldaşım Lena Milad şopinqi etmək üçün Nyu Yorka getməlidir. Pulu nə vaxt geri qaytara bilərəm? …", - deyə Zaxarova istehza ilə qeyd edib.
Xatırladaq ki, Ukrayna mediası Prezident Vladimir Zelenskinin ABŞ-ın sabiq Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün imkanlar axtarması barədə xəbər yayıb. Tramp indi respublikaçı çoxluğu vasitəsilə faktiki olaraq Ukraynaya vəsait ayrılmasını əngəlləyən ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət edir.
Bu yaxınlarda Zelenski "NBC" ilə söhbəti zamanı çarəsizlikdən Trampa müraciət edib.
Xəbər lenti
0